Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatı
03 Avqust 2023, 09:20
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Göyçay rayonunun Cəyirli kəndindəki ağac emalı sexində qanunsuz yolla əldə edilmiş 2,8 m³ həcmində işlik meşə materialı müəyyən edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağac emalı sexinin kənd sakini İlqan Rəhimova məxsus olduğu məlum olub.
“Faktla bağlı sexin sahibi barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb. Sexdə aşkarlanmış işlik meşə materiallarının haradan əldə olunmasının müəyyən edilməsi ilə bağlı araşdırma aparılır”.