Xəbərlər

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatı

02 Avqust 2023, 17:05

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Sumqayıt şəhəri, “Novxanı bağları” massivindən, Lənkəran rayonu Liman şəhəri ərazisindən və Tərtər rayonunun Zolgörən kəndində fəaliyyət göstərən karxanadan qanunsuz qum-çınqıl daşındığı müəyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qum-çınqıl qarışığının Sumqayıt şəhərində “Ford” markalı, 77-EL-681 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü İlkin Ağabalayev və üzərində dövlət qeydiyyat nişanı olmayan ekskovatorun sürücüsü Elşən Xudiyev, Lənkəran rayonunda “ZİL-130” markalı 42-BR-685 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Elşad Bayramov, Tərtər rayonunda isə “KAMAZ” markalı 26-BA-261 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə karxananın iş icraçısı Böyükkişi Cümşüdov tərəfindən daşındığı məlum olub.

“Faktlarla bağlı təqsirkar şəxslər barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.