Xəbərlər

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatı

02 Avqust 2023, 13:00

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Neftçala rayonunun Həsənabad qəsəbəsində vətəndaş Fərid Məmmədovun, Ağdaş rayonunda Türyançay çayının sahilində isə vətəndaş Məhəmməd Hacıyevin qanunsuz akvakultura fəaliyyəti ilə məşğul olması faktları müəyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, faktlarla bağlı qanunsuz akvakultura fəaliyyəti ilə məşğul olan F.Məmmədov və M.Hacıyev barədə akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.