Xəbərlər

Ümumrespublika təmizlik aksiyaları çərçivəsində Lənkərançay və Qoşqarçayın sahili tullantılardan təmizlənib

31 İyul 2023, 14:05

29 iyul tarixində Lənkərançayın Lənkəran rayonu, Qoşqarçayın isə Göygöl rayonu ərazisindən keçən hissəsində də təmizlik aksiyaları keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli bölmələrinin əməkdaşlarının, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, yerli kommunal müəssisələr kombinatlarının nümayəndələrinin və sakinlərin iştirakı ilə keçirilən iməciliklər zamanı 300 kiloqramdan artıq tullantı yığılaraq ərazilərdən daşınıb.

Sahil kənarlarında, meşəlik ərazilərdə, təbiət qoynunda dincələn hər kəsə çağırış edirik ki, tullantıları ətrafa atmasınlar, təmizliyə riayət etsinlər.