" Xəzər həftəsi " yekunlaşdı
29 Sentyabr 2014, 00:00
"Beynəlxalq Dəniz günü" ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ölkədə keçirilən "Xəzər həftəsi" tədbirlərinə yekun vurulub.
"Xəzər həftəsi"nin qeyd olunması məqsədilə Nazirlik tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq 22-27 sentyabr tarixlərində
Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub sahil zolağında yerli ictimaiyyətin, icra strukturlarının, qeyri-hökumət təşkilatları və təhsil müəssisələri nümayəndələrinin iştirakı ilə iməciliklər keçirilib, məişət və sənaye tullantıları yığılaraq zibil poliqonlarına daşınıb. Eyni zamanda, orta təhsil müəssisələrində lektoriyalar təşkil edilib, idarə və müəssisələrdə Xəzər dənizinin bioresurslarının mühafizəsinin vacibliyi barədə mühazirələr oxunub və dəyirmi masalar təşkil olunub.
Belə ki, Masallı, Lənkəran, Lerik, Cəlilabad, Astara və Yardımlı rayonlarının inzibati ərazilərini əhatə edən 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi tərəfindən Lənkəran və Astara rayonlarının Xəzər dənizi boyu sahil zolağında iməcilik keçirilib, ümumilikdə ərazidən 8 ton məişət və digər növ tullantılar təmizlənib. Bununla yanaşı Astara Pedaqoji Kollecində və şöbənin xidməti ərazisinə daxil olan digər şəhər və rayonların orta məktəblərində Nazirliyin əməkdaşları tərəfindən ekoloji mövzularda çıxışlar olub.
Nazirliyin 3 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin mütəxəssisləri tərəfindən Şirvan, Hacıqabul, Biləsuvar, Neftçala, Salyan, Sabirabad rayonlarının təhsil, mədəniyyət ocaqları, aidiyyəti idarə və müəssisələrində Xəzər dənizinin bioresurslarının mühafizəsinin vacibliyi barədə maarifləndirici söhbətlər aparılıb, Neftçala rayonu ərazisində Xəzər dənizinin sahil zolağında iməcilik keçirilib.
Sumqayıt, Abşeron, Qobustan, Xızının inzibati ərazilərini əhatə edən 4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları orta məktəblərdə şagirdlərə Xəzər dənizinin ətraf mühitinin mühafizəsi ilə bağlı görülmüş işlər barədə məlumat verib, tədbirlər planına əsasən sahil zolağı boyu ərazilərdə icra, bələdiyyə və ictimaiyyət nümayəndələri ilə birgə 5 hektar ərazidən 10 m³ məişət və sənaye tullantıları yığılaraq zibil poliqonuna daşınıb.
5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən rayonlarının bir sıra orta məktəblərində Xəzər dənizinin ətraf mühitinin qorunması ilə əlaqədar maarifləndirici seminarlar keçirib.
26 sentyabr 2014-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Gənclər İttifaqı ilə birgə Orxus İctimai Ekoloji İnformasiya Mərkəzində gənclərin və yeniyetmələrin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması, gənc nəslin ekoloji maarifləndirilməsi, ictimaiyyətin Xəzər dənizinin ətraf mühitinin birgə mühafizəsinə cəlb olunması məqsədilə "Xəzər dənizinin ətraf mühitinin mühafizəsində gənc nəslin rolu" mövzusunda dəyirmi masa təşkil edib.
27 sentyabr 2014-cü il tarixində isə ETSN-in müvafiq qurumlarının əməkdaşları ali məktəb tələbələri, yerli icra orqanları və bələdiyyələrlə birgə iməcilik keçirib, Buzovna qəsəbəsi ərazisində Xəzər dənizinin sahil zolağının 20 hektar ərazisi 15 m³-dən artıq bərk məişət və digər növ tullantılardan təmizlənib.
Bununla da "Beynəlxalq Dəniz Günü" ilə əlaqədar Nazirlik tərəfindən keçirilən "Xəzər həftəsi"nə yekun vurulub.