Masallıda təmizlik aksiyası keçirilib
29 İyul 2023, 19:20
“Təmiz ölkəm” aksiyası çərçivəsində növbəti iməcilik Masallı rayonunun meşə fondu ərazisində keçirilib.
Nazirliyin regional bölmələrinin, yerli icra orqanlarının, bələdiyyələrin əməkdaşlarının, sakinlərin, ekokönüllülərin və “EcoHub” ekoloji platformasının nümayəndələrinin iştirakı ilə keçirilən iməcilik zamanı, ümumilikdə 200 kiloqramdan artıq tullantı təmizlənərək daşınıb.
Təəssüf ki, hər həftə keçirilən bu aksiyalarda yenə də vətəndaşların istirahət zamanı atıb getdikləri tullantılara rast gəlinir. Hər kəsi məsuliyyətini dərk edərək ətraf mühiti təmiz saxlamağa və əraziləri çirkləndirməməyə səsləyirik.