“Təmiz ölkəm” aksiyası çərçivəsində iməciliklər davam edir
29 İyul 2023, 13:30
Ölkə ərazisində keçirilən təmizlik aksiyaları bu gün Ağdam, Quba, Tovuz, Zərdab və Şəki rayonları ərazisindəki meşə ərazilərində davam etdirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli bölmələrinin əməkdaşlarının, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, yerli kommunal müəssisələr kombinatlarının nümayəndələrinin, sakinlərin və könüllülərin iştirakı ilə keçirilən iməciliklər zamanı 3 tondan artıq tullantı yığılaraq ərazilərdən daşınıb.
Eyni zamanda, Hacıqabul rayonunda avtomobil yolunun kənarında yaşıllıq ərazidə də iməcilik keçirilib. Nazirliyin yerli bölmələrinin əməkdaşlarının, Hacıqabul rayon İdman və Gənclər İdarəsinin, şəhər könüllülərinin, Hacıqabul şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının nümayəndələrinin iştirakı ilə ərazi 875 kiloqram tullantıdan təmizlənib.
Hər kəsi istirahət edərkən tullantıları ətrafa atmamağa, təmizliyə riayət etməyə, ətraf mühiti birgə qorumağa çağırırırq.