Xəbərlər

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatı

28 İyul 2023, 17:20

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Şəmkir rayonunun Dəllər qəsəbəsi ərazisində ağacların kəsildiyi, Sumqayıt şəhəri Sahil küçəsi 25 ünvanında ağacların çıxarılaraq başqa əraziyə köçürüldüyü, Qubadlı rayonunun Muradxanlı kəndi ərazisində kolların kökündən çıxarıldığı, Mingəçevir şəhəri Müslüm Maqomayev küçəsində isə bir ağacın zədələndiyi müəyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, faktlarla bağlı Şəmkir rayonunda ağacları kəsən rayon sakini Mahirə Məmmədzadə, Sumqayıt şəhərində ağacları qanunsuz köçürən “Xəzri” yaşayış kompleksinin komendantı Fərahim Dəmirov, Mingəçevir şəhərində ağacı zədələyən “Mübarək“ ASC-nin direktoru Mehman Zeynalov, Qubadlı rayonunda isə kolları kökündən çıxaran “ABCON” QSC-nin səlahiyyətli nümayəndəsi barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.