Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

26 Sentyabr 2014, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-120, Kiçik Qafqazın çaylarında 30-110, Lənkəran-Astara bölgəsi çaylarında 10-20 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Sentyabrın 26-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 193 m3/s olmaqla ongünlük normanın 139 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm 83 m3/s olmaqla ongünlük normanın 60 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 6 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 131 m3/s olmaqla, ongünlük normanın 136 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici 120 m3/s təşkil edərək ongünlük normanın 125 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Sentyabrın 26-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 25, Salyanda 12, Bankədə 8, Araz çayının Novruzlu məntəqəsində 5 sm artım, Surrada isə suyun səviyyəsində 13 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 329 sm (2013-cü il sentyabrın 26-da 368 sm), Şirvanda 196 sm (2013-cü il sentyabrın 26-da 227 sm), Salyanda 130 sm (2013-cü il sentyabrın 26-da 173 sm), Bankədə 191 sm (2013-cü il sentyabrın 26-da 205 sm), Araz çayının Novruzlu məntəqəsində isə 68 sm (2013-cü il sentyabrın 26-da 82 sm) təşkil edir.