Xəbərlər

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatı

19 İyul 2023, 16:30

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Siyəzən rayonunun Yenikənd kəndi ərazisindən qanunsuz qum-çınqıl daşındığı müəyyən edilib.

Xidmət rəsmisi Xaliq Mirzəyev bildirib ki, araşdırma zamanı qum-çınqıl qarışığının Gilgilçay çayının yatağından “Polatyol Yapı Senaye ve Ticaret” Anonim Şirkəti tərəfindən daşındığı məlum olub.

“Faktla bağlı şirkətin iş icraçısı İsmayıl İsmayılov barəsində akt, protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimələnib”.