Xəbərlər

“Xəzər həftəsi” ilə əlaqədar iməcilik keçirilib

26 Sentyabr 2014, 00:00

“Beynəlxalq Dəniz Günü” ərəfəsində ölkəmizdə “Xəzər həftəsi”nin qeyd olunması məqsədilə ETSN tərəfindən hazırlanmış müvafiq tədbirlər planına uyğun olaraq 26 sentyabr 2014-cü il tarixində Sumqayıt şəhəri Nəsimi adına parkla Xəzər dənizi arasındakı sahil zolağında iməcilik keçirilib.
İməcilikdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə Sumqayıt şəhər Kommunal Təsərrüfatı İstehsalat Birliyi, Şəhər Yaşıllaşdırma İdarəsinin əməkdaşları, ictimaiyyət, QHT nümayəndələri də iştirak edib.
100 nəfərdən artıq adamın iştirak etdiyi iməcilikdə sözügedən ərazinin 5 hektar sahəsi 10m3-dən artıq bərk məişət və digər növ tullantılardan təmizlənib.
Qeyd edək ki, “Xəzər həftəsi” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən keçirilən bütün tədbirlər dənizin ekoloji cəhətdən saflığının və davamlılığının qorunmasına, onun sərvətlərinin mühafizə olunmasına, eyni zamanda ictimaiyyətin maarifləndirilməsinə yönəlib.