Xəbərlər

Faktiki hava

17 İyul 2023, 11:50

Milli Hidrometeorologiya Xidmətinin iyulun 17-si saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub. Gecə saatlarında Şahdağın 2800 metr yüksək ərazilərinə qar yağıb.

Düşən yağıntının miqdarı Oğuzda 34 mm (aylıq normanın 51 faizi), Lənkəranda 31 mm (aylıq normanın 223 faizi), Xaltanda 30 mm (aylıq normanın 53 faizi), Qrızda 26 mm (aylıq normanın 46 faizi), Astarada 24 mm (aylıq normanın 72 faizi), Qusarda 21 mm (aylıq normanın 70 faizi), Qəbələdə 20 mm (aylıq normanın 27 faizi), Qaxda 17 mm, Altıağacda 18 mm, Beyləqanda 15 mm (aylıq normanın 154 faizi), Qobustanda 15 mm (aylıq normanın 92 faizi), Şahdağda 19 mm (aylıq normanın 64 faizi), Lerik, İmişlidə 9 mm, Ağdam, Göyçay, Sabirabad, Şabran, Yardımlı, Zərdab, Xaçmaz, Şamaxı, Quba, İsmayıllı, Şəki, Ordubad, Daşkəsən, Gədəbəy, Gəncə, Zaqatala, Tərtər, Yevlax, Kürdəmir, Biləsuvarda 8 mm-dək, Bakıda və Abşeron yarımadasında 5 mm-dək (aylıq normanın 200 faizi) olub.

Şimal-qərb küləyi arabir Gəncə, Neftçalada 20 m/s, Ceyrançöldə 17 m/s, Bakıda və Abşeron yarımadasında 18 m/s-dək güclənib.

Neft daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3 metrə çatıb.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit yağıntılı hava şəraiti iyulun 18-i gündüzədək davam edəcək. Havanın temperaturu tədricən yüksələcək.