Xəbərlər

“Xəzər həftəsi” ilə əlaqədar Sumqayıt və Xırdalan şəhərlərində maarifləndirici tədbirlər keçirilib

25 Sentyabr 2014, 00:00

“Beynəlxalq dəniz günü”nün qeyd olunması məqsədilə Xəzər dənizinin sahil zolağında - Nabran, Sumqayıt, Bakı, Neftçala, Lənkəran şəhər və rayonlarının ərazilərində kütləvi maarifləndirici tədbirlərin keçirilməsi davam etdirilir.
“Xəzər həftəsi” ərəfəsində Nazirliyin yerli Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşları Sumqayıt şəhəri 15 saylı və Xırdalan şəhəri 1 saylı tam orta məktəblərinin şagird heyəti ilə görüşüblər.
“Xəzərin ətraf mühitinin mühafizəsi” və “Xəzərin ətraf mühitinin mühafizəsi və bu sahədə həyata keçirilən tədbirlər” mövzularında keçirilən görüşlərdə ümumilikdə 150-yə yaxın şagird iştirak edib.
Tədbirlərdə məktəblilərə son illərdə Xəzərin ətraf mühitinin mühafizəsi və bu sahədə Nazirlik tərəfindən həyata keçirilən tədbirlər barədə geniş məlumat verilməklə yanaşı, bu sahədə onların üzərinə düşən vəzifələr haqqında tövsiyələr də çatdırılıb. Tədbir məktəblilərlə qarşılıqlı sual-cavab, diskussiya şəklində davam edib.