Xəbərlər

3 iyul - Beynəlxalq Polietilen Paketsiz Günüdür

03 İyul 2023, 10:00

Bu gün ən çox istifadə edilən daşıma vasitəsinin – plastik paketlərin yaratdığı real və vacib problemlər haqqında maarifləndirmənin gücləndirilməsinə həsr olunub. Hər il iyulun 3-ü atılan hər bir plastik paketin insan və gələcək nəsillər üçün təhlükə mənbəyi olduğunu xatırlatmaq üçün qeyd edilir.

Ölkəmizdə mövcud qanunvericiliyə əsasən, 2021-ci il yanvarın 1-dən etibarən qalınlığı 15 mikronadək olan polietilen torbaların sahibkarlar tərəfindən istehsalı və idxalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya xidmət zamanı istifadəsi qadağandır.

Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, market kassalarında məhsulların yığılması üçün nəzərdə tutulan, ölçüsü 15-50 mikron olan polietilen torbaların ayrıca məhsul növü kimi ödənişli olması ilə əlaqədar 15 fevral 2023-cü il tarixindən etibarən polietilen torbalar müştərilərə ödənişli qaydada təqdim edilir.