“Xəzər həftəsi” ilə əlaqədar Sumqayıt şəhəri 9 saylı tam orta məktəbdə tədbir keçirilib
24 Sentyabr 2014, 00:00
“Xəzər həftəsi” ərəfəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər dənizinin mühafizəsi sahəsində ictimaiyyət arasında təbliğat işlərini davam etdirərək növbəti maarifləndirmə tədbiri keçirib.
Belə ki, 24 sentyabr 2014-cü il tarixində Sumqayıt şəhərinin 9 saylı tam orta məktəbində ETSN-in mütəxəssisləri məktəblilərlə görüşüb.
Nazirliyin əməkdaşları məktəblilərin diqqətini ətraf mühitin mühafizəsinə, o cümlədən Xəzərin mühafizəsinə yönəldərək, “Beynəlxalq Dəniz günü”nün məqsədi, bu istiqamətdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən görülən işlər, həyata keçirilən layihələr barədə onları məlumatlandırıblar.
Eyni zamanda, tədbirin gedişatında aparılan qarşılıqlı sual-cavab nəticəsində məktəblilərin ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli sahəsində təklifləri dinlənilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Xəzər həftəsi” ilə əlaqədar hazırlanmış tədbirlər planına uyğun olaraq ekoloji maarifləndirmə xarakterli tədbirlər davam etdirilir.