Xəbərlər

19 iyunda atmosfer havasının keyfiyyəti

19 İyun 2023, 16:50

Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.

Stansiyalardan əldə etdiyimiz məlumatların təhlilinə əsasən gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən   dəm qazının miqdarı 1.6, azot-4 oksidin miqdarı isə Sumqayıt və  Gəncə şəhərlərində   1.3 dəfə normadan  yüksək müəyyən edilib.

Dəm qazı,  azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb  nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və digər antropogen təsirlərlə əlaqədardır.