“Xəzər həftəsi” ilə əlaqədar maarifləndirici tədbir keçirilib
22 Sentyabr 2014, 00:00
“Beynəlxalq dəniz günü” ərəfəsində ölkəmizdə “Xəzər həftəsi”nin yüksək səviyyədə qeyd olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanmış müvafiq tədbirlər planına uyğun olaraq cari ilin 22”“27 sentyabr tarixlərini əhatə etməklə respublikanın şəhər və rayonlarında müxtəlif kütləvi, maarifləndirici tədbirlər keçirilir.
“Xəzər həftəsi” ərəfəsində Nazirliyin yerli Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi Lənkəran rayon Göyşaban kənd orta məktəbində “Çirkab suların Xəzərə axıdılmasının törədə biləcəyi ekoloji fəsadlar” mövzusunda tədbir keçirib.
Tədbirdə Nazirliyin mütəxəssisləri “Beynəlxalq Dəniz günü”nün məqsədi, Xəzərin ekoloji problemlərinin həlli istiqamətində görülmüş işlər, qarşıda duran vəzifələr barədə şagirdlərə və tədbir iştirakçılarına məlumat verib və onları maraqlandıran sualları cavablandırıblar.
Qeyd edək ki, “Xəzər həftəsi”nin qeyd olunması məqsədilə Xəzər dənizinin sahil zolağında -Nabran, Sumqayıt, Bakı, Neftçala, Lənkəran şəhər və rayonlarının ərazilərində vətəndaşların, yerli icra strukturlarının, təhsil müəssisələrinin iştirakı ilə iməciliklərin, dəyirmi masaların keçirilməsi davam etdirilir.