Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

19 Sentyabr 2014, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-150, Kiçik Qafqazın çaylarında 30-110, Lənkəran-Astara bölgəsi çaylarında 10-60 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Sentyabrın 19-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 150 m3/s olmaqla ongünlük normanın 108 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm 93 m3/s olmaqla ongünlük normanın 67 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 78 m3/s olmaqla, ongünlük normanın 86 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici 68 m3/s təşkil edərək ongünlük normanın 75 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Sentyabrın 19-da Kür çayının aşağı axınında suyun səviyyəsində mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Şirvanda 2 və Bankədə 6, Araz çayının Novruzlu məntəqəsində 1sm azalam qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 294 sm (2013-cü il sentyabrın 19-da 334 sm), Şirvanda 121 sm (2013-cü il sentyabrın 19-da 192 sm), Salyanda 70 sm (2013-cü il sentyabrın 19-da 155 sm), Bankədə 186 sm (2013-cü il sentyabrın 19-da 205 sm), Araz çayının Novruzlu məntəqəsində isə 22 sm (2013-cü il sentyabrın 19-da 48 sm) təşkil edir.