Sentyabrın 16-sı axşamdan 17-si səhərədək ölkə ərazisində müşahidə olunmuş faktiki hava
17 Sentyabr 2014, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə əvvəlcədən xəbər verildiyi kimi sentyabrın 16-sı axşam şimal və qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraiti kəskin dəyişib,
sentyabrın 17-si səhərədək bəzi yerlərdə şimşək çaxıb, əksər rayonlarda leysan xarakterli yağış yağıb, əsasən şimal və qərb rayonlarında daha da intensiv və güclü olub. Düşən yağıntının miqdarı 18-33 mm-ə çatıb.
Qeyd edək ki, şimal və qərb rayonlarında bir gecə ərzində yağıntının miqdarı aylıq normanın 87 faizini təşkil edib.
Ayrı-ayrı rayonlarda güclü şimal-qərb küləyi əsib.