Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
15 Sentyabr 2014, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-120, Kiçik Qafqazın çaylarında 30-110, Lənkəran-Astara bölgəsi çaylarında 10-20 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Sentyabrın 15-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 15 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 120 m3/s olmaqla ongünlük normanın 86 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm 83 m3/s olmaqla ongünlük normanın 60 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 27 m3/s olmaqla, ongünlük normanın 30 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici 78 m3/s təşkil edərək ongünlük normanın 86 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Sentyabrın 15-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində və Bankədə 4, Şirvanda 2 sm azalma qeydə alınıb, Salyanda və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 285 sm (2013-cü il sentyabrın 15-də 332 sm), Şirvanda 123 sm (2013-cü il sentyabrın 15-də 193 sm), Salyanda 68 sm (2013-cü il sentyabrın 15-də 155 sm), Bankədə 193 sm (2013-cü il sentyabrın 15-də 201 sm), Araz çayının Novruzlu məntəqəsində isə 30 sm (2013-cü il sentyabrın 15-də 50 sm) təşkil edir.