Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

05 Sentyabr 2014, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə sentyabrın 04-ü axşam və gecə yağan leysan xarakterli yağışla əlaqədar Böyük və Kiçik Qafqazın bəzi çaylarında sululuq artıb, Zəyəmçaydan sel keçib. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-160, Kiçik Qafqazın çaylarında 30-110, Lənkəran-Astara bölgəsi çaylarında 10-20 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Sentyabrın 05-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 100 m3/s olmaqla ongünlük normanın 82 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm bir qədər az olmaqla 71 m3/s və ongünlük normanın 58 faizini təşkil edib.
Sentyabrın 05-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 3.21 m3/s olmaqla, ongünlük normanın 5 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici dəfələrlə çox olmaqla 59 m3/s təşkil edərək ongünlük normanın 81 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Sentyabrın 05-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 6, Şirvanda 3 sm azalma, Bankədə 13 sm artım qeydə alınıb, Salyanda və Araz çayının Novruzlu məntəqəsində isə heç bir dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 295 sm (2013-cü il sentyabrın 05-də 335 sm), Şirvanda 142 sm (2013-cü il sentyabrın 05-də 193 sm), Salyanda 100 sm (2013-cü il sentyabrın 05-də 152 sm), Bankədə 197 sm (2013-cü il sentyabrın 05-də 206 sm), Araz çayının Novruzlu məntəqəsində isə 25 sm (2013-cü il sentyabrın 05-də 58 sm) təşkil edir.