Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

01 Sentyabr 2014, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-90, Kiçik Qafqazın çaylarında 30-110, Lənkəran-Astara bölgəsi çaylarında 10 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Sentyabrın 01-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 11 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 88 m3/s olmaqla ongünlük normanın 72 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm bir qədər az olmaqla 80 m3/s və ongünlük normanın 66 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 2.53 m3/s olmaqla, ongünlük normanın 3 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici dəfələrlə çox olmaqla 67 m3/s təşkil edərək ongünlük normanın 92 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Sentyabrın 01-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 4, Şirvanda 1, Bankədə 8, Araz çayının Novruzlu məntəqəsində 4 sm azalma, Salyanda isə suyun səviyyəsində 11 sm artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 303 sm (2013-cü il sentyabrın 01-də 338 sm), Şirvanda 151 sm (2013-cü il sentyabrın 01-də 192 sm), Salyanda 96 sm (2013-cü il sentyabrın 01-də 135 sm), Bankədə 203 sm (2013-cü il sentyabrın 01-də 197 sm), Araz çayının Novruzlu məntəqəsində isə 34 sm (2013-cü il sentyabrın 01-də 57 sm) təşkil edir.