Yanğının meşə torpaqlarına keçməsinin qarşısı alınıb
29 Avqust 2014, 00:00
28 avqust 2014-cü il tarixində Şəki rayonunun ərazisində kənd bələdiyyəsinə məxsus yüksək dağlıq sahədə yanğın hadisəsi baş verib.
Dərhal əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə
Xidmətinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şəki Meşə Mühafizəsi və Bərpası Müsəssisəsinin əməkdaşlarının birgə səyləri nəticəsində yanğının meşə torpaqlarına keçməsinin qarşısı alınıb.
Hadisə nəticəsində meşə sahəsi yanğından mühafizə olunub.