Ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti araşdırılıb
22 Avqust 2014, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 01-15 avqust 2014-cü il tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.
Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 196 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 80 müddətli “məcburi göstəriş” verilib.
Ümumilikdə, 46 iş üzrə 58250 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 12 iş üzrə 608.62 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 210 iş üzrə 24695.57 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 11, icra qurumlarına 21, məhkəmələrə isə 1 iş göndərilib.