Xəbərlər

Yanğının meşə torpaqlarına keçməsinin qarşısı alınıb

21 Avqust 2014, 00:00

19 avqust 2014-cü il tarixində Tovuz və Şamaxı rayonlarının kənd bələdiyyələrinə məxsus bir neçə ərazisində yanğın hadisəsi baş verib, quru ot örtüyü və kol kos yanıb. Dərhal əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
yerli qurumlarının birgə səyləri nəticəsində yanğının meşə torpaqlarına keçməsinin qarşısı alınıb.
Hadisə nəticəsində meşə sahəsi yanğından mühafizə olunub.