Xəbərlər

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırovun Göygöl şəhərində vətəndaşlarla görüşünün tarixi dəyişdirilib

19 Avqust 2014, 00:00

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırovun Göygöl şəhərində Göygöl, Daşkəsən, Goranboy rayonlarında və Naftalan şəhərində yaşayan vətəndaşlarla 29 avqust 2014-cü il tarixində nəzərdə tutulmuş görüşü cari ilin 21 avqust tarixinə dəyişdirilib. Görüş saat 10:00-da Heydər Əliyev Mərkəzində keçiriləcəkdir.
Məlumat üçün bildiririk ki, qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün ekologiya.nazirliyi@gmail.com və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 nömrəli “Qaynar xətt”i, həmçinin Göygöl Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ilə əlaqə saxlaya (əlaqə telefonları: 050 448 02 90; 050 337 79 94; 022 20 54977) bilərlər.