Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
05 Oktyabr 2015, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə ötən günlər ərzində ölkə ərazisində yağan leysan xarakterli yağışlar nəticəsində çaylarda suyun səviyyəsi artıb, Balakən-Şəki bölgəsindən axan Kişçay, Şinçay, Kürmükçay, Baş-Daşğılçay çaylarından, Qəbələ rayonu ərazisindən axan Gorançaydan qısamüddətli daşqın keçib.
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-120, Kiçik Qafqazın çaylarında 70-180, Lənkəran-Astara bölgəsi çaylarında isə 20-30 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Oktyabrın 05-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 115 m3/s olmaqla ongünlük normanın 71 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 185 m3/s olmaqla ongünlük normanın 114 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 39 m3/s olmaqla, ongünlük normanın 40 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 65 m3/s təşkil edərək ongünlük normanın 68 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Oktaybrın 05-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində və Bankədə 1, Araz çayının Novruzlu məntəqəsində 3 sm artım, Şirvanda 2 sm azalma qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 318 sm (2014-cü il oktyabrın 05-də 298 sm), Şirvanda 171 sm (2014-cü il oktyabrın 05-də 135 sm), Salyanda 118 sm (2014-cü il oktyabrın 05-də 78 sm), Bankədə 164 sm (2014-cü il oktyabrın 05-də 163 sm), Araz çayının Novruzlu məntəqəsində isə 35 sm (2014-cü il oktyabrın 05-də 23 sm) təşkil edir.