Xəbərlər

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov avqust ayının 29-da Göygöl şəhərində vətəndaşların qəbulunu keçirəcək

19 Avqust 2014, 00:00

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov 29 avqust 2014-cü il tarixində saat 10:00-da Göygöl şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Göygöl, Daşkəsən, Goranboy rayonlarının və Naftalan şəhərinin vətəndaşlarını qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün ekologiya.nazirliyi@gmail.com və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 nömrəli “Qaynar xətt”i, həmçinin Göygöl Meşə Mühafizəsi və Bərpası müəssisəsi ilə əlaqə saxlamaları (əlaqə telefonları: 050 448 02 90; 050 337 79 94; 022 20 54977) xahiş olunur.