Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
15 Avqust 2014, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-80, Kiçik Qafqazın çaylarında 20-80, Lənkəran-Astara bölgəsi çaylarında 30, Naxçıvan MR çaylarında isə 110 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Avqustun 15-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 55 m3/s olmaqla ongünlük normanın 41 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm bir qədər çox olmaqla 75 m3/s və ongünlük normanın 56 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 17 m3/s olmaqla, ongünlük normanın 25 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici yeddi dəfə çox olmaqla 124 m3/s təşkil edərək ongünlük normanın 185 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Avqustun 15-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Salyan məntəqəsində 2, Bankədə 3, Araz çayının Novruzlu məntəqəsində 1 sm azalma qeydə alınıb, Surrada isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 296 sm (2013-cü il avqustun 15-də 366 sm), Salyanda 65 sm (2013-cü il avqustun 15-də 210 sm), Bankədə 180 sm (2013-cü il avqustun 15-də 215 sm), Araz çayının Novruzlu məntəqəsində isə 21 sm (2013-cü il avqustun 15-də 80 sm) təşkil edir.