Xəbərlər

"Heydər Əliyev – 100” adlı ağacəkmə kampaniyasına start verilib

04 Mart 2023, 16:00

Martın 3-də Elm və Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ağacəkmə kampaniyasına start verilib.

İlkin olaraq Bakı şəhəri Kürdəxanı qəsəbəsindəki 113 nömrəli tam orta məktəbdə ağacəkmə mərasimi keçirilib.

Mərasimdə elm və təhsil naziri Emin Əmrullayev, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev də iştirak ediblər.

Kampaniya çərçivəsində qeyd edilən ümumi təhsil müəssisəsinin həyətində 100 ağac əkilib.

Qeyd edək ki, sözügedən kampaniyanın Bakı şəhəri ilə yanaşı, digər bölgələrdə yerləşən təhsil müəssisələrini də əhatə etməsi planlaşdırılır. Kampaniya çərçivəsində ölkə üzrə ümumilikdə 100 min ağacın əkilməsi nəzərdə tutulur.