Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
08 Avqust 2014, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-80, Kiçik Qafqazın çaylarında 20-80, Lənkəran-Astara bölgəsi çaylarında 30-60, Naxçıvan MR çaylarında isə 110 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Avqustun 08-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 49 m3/s olmaqla ongünlük normanın 37 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm təqribən iki dəfə çox olmaqla 132 m3/s və ongünlük normanın 99 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 17 m3/s olmaqla, ongünlük normanın 25 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici təqribən beş dəfə çox olmaqla 85 m3/s təşkil edərək ongünlük normanın 123 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Avqustun 08-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Salyan məntəqəsində 3, Bankədə 6 sm artım, Surrada 4, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 1 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 294 sm (2013-cü il avqustun 08-də 352 sm), Salyanda 66 sm (2013-cü il avqustun 08-də 150 sm), Bankədə 193 sm (2013-cü il avqustun 08-də 209 sm), Araz çayının Novruzlu məntəqəsində isə 20 sm (2013-cü il avqustun 08-də 95 sm) təşkil edir.