Xəbərlər

1 mart atmosfer havasının keyfiyyəti

01 Mart 2023, 17:45

Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.

Stansiyalardan əldə etdiyimiz məlumatların təhlilinə əsasən, gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dispers toz hissəciklərinin miqdarı günün birinci yarısında normadan 1.1, dəm qazı 1.6, azot-4 oksidin miqdarı Gəncə şəhərində 1.2 dəfə normadan yüksək qeydə alınıb.
  
Toz proqnoz modellərinə əsasən müşahidə olunan toz hissəcikləri transsərhəd xarakterlidir, dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb isə nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması və digər antropogen təsirlərlə əlaqədardır.