Yaz əkin mövsümünün ilk ting paylama aksiyası keçirilib.
24 Fevral 2023, 10:20
“Bir ağac-min nəfəs” devizi altında “Tullantıları tinglərə dəyiş” ting paylama aksiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “ASAN Könüllüləri” Təşkilatının “Yaşıl ASAN” proqramının birgə təşkilatçılığı ilə keçirilib.
Yaz əkin mövsümünün ilk aksiyası olan tədbir 23 fevral tarixində 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısında baş tutub. Vətəndaşlar şüşə və işlənmiş batareya təhvil verib, əvəzində isə onlara ağac tingləri paylanılıb.
Növbəti aksiya 28 fevral tarixində 5 saylı “ASAN xidmət” mərkəzinin qarşısında keçiriləcək. Elanlar Nazirliyin saytında (eco.gov.az) və sosial şəbəkə hesablarında paylaşılır. Hər kəsi növbəti aksiyalarda fəal iştirak etməyə, təbiətə fayda verərək bu aksiyadan yararlanmağa çağırırıq.
Əldə etdiyiniz tinglərin əkilməsi ilə bağlı şəkilləri sosial şəbəkələr vasitəsilə bizimlə bölüşə bilərsiniz.