Xəbərlər

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərişıq” və “AzərEnerji” birgə ağacəkmə aksiyası keçirib.

24 Fevral 2023, 10:15

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərişıq” və “AzərEnerji” açıq səhmdar cəmiyyətlərinin rəhbərləri də başda olmaqla kollektivlərin 500-dək əməkdaşı ağacəkmə aksiyası keçiriblər.

Fevralın 23-də Bakının Xocəsən qəsəbəsinin 10 hektar ərazisində keçirilən aksiyada Abşeron yarımadasının iqliminə uyğun müxtəlif növdə 7 minədək ağac əkilib.

Keçirilən bu cür aksiyaların əsas məqsədi ağac əkilməsini təşviq edərək təbiətin mühafizəsinə, eləcə də sağlam ekoloji mühitin yaradılmasına töhfə vermək və Ulu Öndərin ənənələrini davam etdirməkdir.