Xəbərlər

Bu gün səhər saatlarında atmosfer havasının gözlənilən keyfiyyəti

20 Fevral 2023, 11:55

Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.

Stansiyalardan əldə etdiyimiz məlumatların təhlilinə əsasən gün ərzində Bakı şəhərinin Səbail, Nizami, Nərimanov rayonları və Sumqayıt şəhəri ərazisində havanın keyfiyyət göstəriciləri norma daxilində olub. Lakin Xətai rayonunda dəm qazı normadan 1.6, Gəncə şəhərində isə azot-4 oksid normadan 1.3 dəfə yüksək qeydə alınıb.

Aparılan təhlillərin nəticələri göstərir ki, sözügedən ərazilərin atmosfer havasının digər ərazilərdən fərqli olaraq daha çox çirklənməyə məruz qalmasının səbəbi həmin ərazilərdə nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, eyni zamanda, sənaye müəssisələrinin fəaliyyəti və digər antropogen təsirlərdir.