17 fevralda atmosfer havasının gözlənilən keyfiyyəti
17 Fevral 2023, 12:15
Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, N.Nərimanov inzibati rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.
Bu gün səhər saatlarında atmosfer havası üzrə avtomatik stansiyalardan əldə olunan məlumatlara əsasən Bakı, Sumqayıt və Gəncə şəhərlərində havanın keyfiyyət göstəriciləri norma daxilində olub.
Dünən gecə saatlarında ölkə ərazisində hava şəraitinin yağıntılı keçməsi atmosfer havasının keyfiyyətinin yaxşılaşmasına şərait yaradıb.
Sinoptik vəziyyətə, gündəlik müşahidələrə və toz proqnoz modellərinə əsasən ölkə ərazisində gün ərzində havanın keyfiyyətinin əlverişli olacağı proqnozlaşdırılır.