Xəbərlər

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatı

24 Fevral 2023, 09:50

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhərinin Nizami rayonunda, eyni zamanda Lənkəran, Xaçmaz, Bərdə və Goranboy rayonları ərazisində ağacların qanunsuz kəsildiyi müəyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağacların Nizami rayonu Mikayıl Əliyev küçəsi 9 ünvanında “Neolit” restoranı, Lənkəran rayonu Təngivan kəndində “Profco” MMC, Xaçmaz-Xudat avtomobil yolunun kənarında Nərəcan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Bərdə rayonu Tumaslı kəndində kənd sakini Taleh Orucov, Goranboy rayonu Səfikürd kəndində kənd sakii Arif Yusifov tərəfindən kəsildiyi məlum olub.

“Faktlarla bağlı akt tərtib edilib. Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.