Xəbərlər

Su çərşənbəsində ağacəkmə

21 Fevral 2023, 17:10

Baharın ilk müjdəçisi olan Su çərşənbəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ölkə üzrə ümumilikdə 18000 ağac əkib.

Nazirliyin Mətbuat katibi İradə İbrahimova bildirib ki, Novruzun ilk əlamətdar günündə təbiətimizə töhfə verməklə Bakının Xocasən qəsəbəsində, eyni zamanda, Sabirabad, Zaqatala, Şəki, Ağstafa, Quba, Şabran, Qəbələ, Şamaxı, Ağcabədi, Gögöl, Tovuz, Şirvan, Lənkəran və Masallı rayonlarının meşə fondu torpaqlarında gün ərzində ağacəkmə tədbirləri davam etdirilib.

Ölkəmizdə ənənəyə çevrilmiş və bütün regionları əhatə edən ağacəkmə aksiyalarında bu gün Nazirliyin əməkdaşları ilə birgə ictimaiyyət nümayəndələri də yaxından iştirak edib.

Nazirlik sözçüsü Su çərşənbəsində ağac əkilməsinin, eyni zamanda, bu il ölkədə yaz əkinlərinə start verilməsi ilə bağlı kampaniyanın başlanğıcı olduğunu da vurğulayıb.