Bəsitçay Dövlət Təbiət Qoruğunda monitorinqlər keçirilir
18 Fevral 2023, 11:25
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində ekoloji mühitin qiymətləndirilməsi, biomüxtəliflik komponentlərinin öyrənilməsi məqsədilə Zəngilan rayonu ərazisində yerləşən Bəsitçay Dövlət Təbiət Qoruğunda monitorinqlərə başlanılıb.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, qoruğun ərazisində aidiyyəti qurumlarla birgə flora və fauna növlərinin qiymətləndirilməsi, inventarlaşdırılması işləri həyata keçirilir.
"Eyni zamanda, fauna aləminin müşahidəsi məqsədilə ərazidə videotələlər quraşdırılıb".
Xidmət rəisi onu da qeyd edib ki, son bir həftə ərzində quraşdırılan videotələlər vasitəsilə tirəndaz (Hystrix indica), adi qırqovul (Phasianus colchicus), çöl donuzu (Sus scrofa) və digər fauna növlərinin görüntüləri qeydə alınıb.