Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
04 Avqust 2014, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya
Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz
bölgəsi çaylarında sululuq ongünlük normanın 60-90, Kiçik Qafqazın çaylarında
30-90, Lənkəran-Astara bölgəsi çaylarında 40-80, Naxçıvan MR çaylarında isə 110 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Avqustun 04-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 67 m3/s olmaqla ongünlük normanın 50 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm təqribən iki dəfə çox olmaqla 130 m3/s və ongünlük normanın 98 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 17 m3/s olmaqla, ongünlük normanın 25 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici təqribən beş dəfə çox olmaqla 96 m3/s təşkil edərək ongünlük normanın 138 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Avqustun 04-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 9, Bankədə 2, Araz çayının Novruzlu məntəqəsində 3 sm artım qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 309 sm (2013-cü il avqustun 04-də 365 sm), Salyanda 60 sm (2013-cü il avqustun 04-də 185 sm), Bankədə 191 sm (2013-cü il avqustun 04-də 212 sm), Araz çayının Novruzlu məntəqəsində isə 19 sm (2013-cü il avqustun 04-də 85 sm) təşkil edir.