Xəbərlər

Qana Respublikasının Azərbaycandakı səfiri ilə ətraf mühitin mühafizəsi məsələləri müzakirə olunub

15 Fevral 2023, 16:00

Qana Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Oheneba Lesli Akua Akyaa Opoku-Vare ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

Görüş zamanı iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.