Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatı
07 Fevral 2023, 12:10
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Lənkəran rayonu, Şağlaser kəndi ərazisində xüsusi mülkiyyətdə olan torpaq sahəsinin yaxınlığında ağac kəsintisi faktı müəyyən edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağacın həmin torpağın mülkiyyətçisi Abasəli Feyzullayev tərəfindən kəsildiyi məlum olub.
"Faktla bağlı protokol tərtib olunub və təqsirkar şəxs barəsində qanunamüvafiq tədbir görülüb".