Xəbərlər

Milli parklarda “Ümumdünya Su-Bataqlıq Əraziləri Günü” qeyd olunub

02 Fevral 2023, 20:00

Hər il olduğu kimi bu il də 2 fevral “Ümumdünya Su-Bataqlıq Əraziləri Günü” müxtəlif tədbirlərlə qeyd olunub.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, geniş ornitoloji imkanlara malik Ağgöl və Qızılağac milli parklarında bu gün “açıq qapı” günü keçirilib, ziyarətçilər milli parklara ödənişsiz daxil olaraq ərazidəki çoxsaylı quş növlərini müşahidə ediblər.

“Eyni zamanda, Ağgöl Milli Parkında Azərbaycan Ornitoloji Cəmiyyətinin nümayəndələrinin və Azərbaycan Turizm və Menecment Universitetinin tələbələrinin iştirakı ilə “Ağgöl Milli Parkını tanıyaq” adlı tur təşkil edilib”.

F.Əliyevin sözlərinə görə, daha bir tədbir isə zəngin biomüxtəlifliyi ilə seçilən Şirvan Milli Parkında keçirilib.

“Belə ki, fotoqraflardan ibarət qrup milli parkın su-bataqlıq ərazilərindəki quşları müşahidə edib, köçəri quşların miqrasiya marşrutu üzərində yerləşən “Qızılqaz gölü”nün fotogörüntülərini lentə alaraq öz izləyiciləri ilə bölüşüb”.