Xəbərlər

Yanğının meşə torpaqlarına keçməsinin qarşısı alınıb

30 İyul 2014, 00:00

30 iyul 2014-cü il tarixində gecə saatlarında Qax rayonu, Alatəmir kəndində meşə torpaqları ilə sərhəddə yerləşən kənd bələdiyyəsinə məxsus ərazidə yanğın hadisəsi baş verib.
Dərhal əraziyə cəlb olunmuş Qax Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin və Fövqəladə Hallar Nazirliyinin
Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının birgə səyləri nəticəsində yanğının qarşısı tam alınaraq meşə torpaqlarına keçməsinə imkan verilməyib.
Hadisə nəticəsində biçilmiş taxıl sahələri və kol örtüyünə ziyan dəyib.