Xəbərlər

Milli Parkda yeni ekoloji marşrut üzrə xizək sürülüb

11 Yanvar 2023, 17:00

Böyük Qafqazın cənub-şərq yamaclarında yerləşən və sıx meşəliklə əhatə olunan Altıağac Milli Parkında “Dünya Qoruqlar və Milli Parklar Günü” qarlı havada maraqlı və əyləncəli tədbirlərlə qeyd edilib.

Bu gün milli parka gələn ziyarətçilər burada fəaliyyət göstərən ekoturizm marşrutlarından olan və qışın əyləncəli idman növü sayılan xizəksürmə üçün ayrılan yeni “Altıağac marşrutu” boyunca xizəklə sürüşüb, qar mənzərəsindən zövq alaraq əsl qış sevinci yaşayıblar.

Qeyd edək ki, “Dünya Qoruqlar və Milli Parklar Günü” ilə əlaqədar bu gün Altıağac Milli Parkında “açıq qapı” günü keçirilir.