Xəbərlər

Şuşa, Kəlbəcər, Laçında hava şəraiti

08 Yanvar 2023, 10:55

Şuşa, Kəlbəcər və Laçında qar yağıb, yağan qar nəticəsində qar örtüyü əmələ gəlib.

Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, bu gün, yanvarın 8-də Şuşa, Kəlbəcər və Laçında qarın yağmasının davam edəcəyi, arabir duman olacağı gözlənilir. Hazırda şərq küləyi əsir, küləyin sürəti 3-8 m/s-dir. Havanın temperaturu 3-6 dərəcə şaxta təşkil edəcək.

"Daim yenilənən hava haqqında məlumatları, qarın yaratdığı mənzərələrlə bağlı maraqlı şəkil və videoları meteo.az saytından əldə edə bilərsiniz".