Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Razvandaband meşəbəyliyində yanğın tam söndürülüb
24 İyul 2014, 00:00
21 iyul 2014-cü il tarixində Lerik rayonunun yüksək dağlıq ərazisindəki bələdiyyə torpağında başlamış, sonradan Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Razvandaband meşəbəyliyinin 23A dolayına keçmiş yanğın 24 iyul 2014-cü il tarixində saat 12 radələrində tam söndürülüb.
Qeyd edək ki, yüksək dağlıq ərazini əhatə etdiyindən və küləklə müşayiət olunduğundan yanğının tam olaraq söndürülməsində çətinliklər yaranmışdı. Artıq ETSN-nin və FHN-nin qüvvələrinin səfərbər olunması nəticəsində yanğının söndürülməsinə nail olunub. Bununla belə yenidən alovlanma təhlükəsi olduğundan bütün ərazi ETSN-nin hadisə yerinə cəlb olunmuş əməkdaşları tərəfindən nəzarətdə saxlanılır.
İlkin hesablamalara görə 10 hektardan artıq meşə fondu torpağına ziyan dəyib.
Yanğının hansı səbəbdən baş verməsi və dəymiş ziyanın həcminin müəyyən olunması məqsədilə araşdırma aparılır.