Xəbərlər

“Tullantıları tinglərə dəyiş” aksiyası çərçivəsində toplanan tullantılar təkrar emala göndərilib

26 Dekabr 2022, 15:05

Payız ağac əkini mövsümündə “Bir ağac-min nəfəs” devizi altında keçirilən ting paylama aksiyaları çərçivəsində vətəndaşlardan ümumi tutumu 3837 litr olan plastik, 148 litr şüşə, 156 kiloqram kağız tullantı və 628 işlənmiş batareya təhvil götürülüb və təkrar emala göndərilib. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib.

O qeyd edib ki, Bakıda və regionlarda keçirilən aksiyalar zamanı vətəndaşlar plastik, şüşə, kağız və işlənmiş batareyaları təhvil verərək əvəzində ağac tingləri əldə ediblər.

S.Məmmədovanın sözlərinə görə, istifadə olunmuş plastikləri təkrar emala yönləndirmək və ətraf mühitə təsirini azaltmaq məqsədilə il ərzində “Təmiz Ölkəm”, “Plastik butulkanı ekoçantaya dəyiş”, “HORECA Pet Collection” kimi müxtəlif ekoloji layihələr də həyata keçirilib.