Xəbərlər

Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev:

15 Dekabr 2022, 14:30

Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarından böyük miqdarda mis, molibden və qızıl Ermənistana daşınıb.

Ermənilər beş ildir ki, orada istismar aparılmadığını bildirsələr də, bu, həqiqəti əks etdirmir. Dəmirli mis-molibden yatağında ermənilər tərəfindən yenidən istismara başlanılıb və bu, müvafiq faktlarla təsbit edilib. Monitorinq qrupu 2022-ci il dekabrın 10-da ərazilərə daxil olan zaman Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına baxış keçirməli idi. Lakin hər iki yatağa girişdə ermənilər bizi oraya buraxmadılar və sülhməramlılar bu məsələdə qətiyyətsizlik göstərdilər. Dəmirli mis-molibden və Qızılbulaq qızıl yatağında ermənilər qarşımızı kəsərək ciddi maneələr törətdilər.