Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatı
12 Dekabr 2022, 13:45
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Lənkəran, Abşeron və Xaçmaz rayonlarının ərazisində ov qaydalarını pozan şəxslər saxlanılıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Lənkəran rayon sakini Amil Əzimov, Cəlilabad rayon sakini Asim Abdullayev və Xaçmaz rayon sakini Şəhriyar İsayev olduğu müəyyən edilib.
“Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.